Birinci Azərbaycan Türkiyə Onurğa Toplantısı

Birinci Azərbaycan Türkiyə Onurğa Toplantısı

25 may Azərbaycan Türkiyə Onurğa Toplantısı

Neyrocərrahiyyə daim inkişaf edən cərrahi sahələrdən olduğu üçün mütəmadi elmi konfrans və kurslarda iştirak etmək lazim gəlir.25.05.2019 tarixində Azərbaycanda ilk dəfə keçirilən Türkiyədən 20 dən çox gəlmiş professor-neyrocərrahın iştirakı və Türkiyənin Memorial Onurğa mərkəzinin təşkilatçılığı ilə keçirilən 1-ci Azərbaycan Türkiyə Onurğa Toplantısı baş tutdu. Bu toplantıda Azərbaycan Neyrocərrahları arasından tək neyrocərrah kimi mənə çıxış vermələri mənim üçün qürurlandırıcı oldu. Toplantıda Onurğa cərrahiyyəsinin aktual problemi olan Onurğanın Döş və Bel fəqərələrin travmalarından, onların cərrahi əməliyyata göstərişlərindən ,cərrahi tekniklərdən və apardığım cərrahi əməliyyatlardan  danışdım.Belə toplantiların keçirilməsi onurğa cərrahiyyəsinin inkişafına və icra etdiyimiz neyrocərrahi əməliyyatların akademik yön almasına böyük təsiri var.

Öyrənmək heç vaxt zehni tükəndirmir. Leonardo da Vinci

 

 

 

 

Dr.Bəhruz Eyvazov . Neyrocərrah

                                                                                           

back to top button